"Uzak Şehir" serialının baş rol ifaçılarından Sinem Ünsal və Ozan Akbabanın layihədən əldə etdikləri gəlirlə bağlı iddialar yayılıb.
Milli.Az xəbər verir ki, "Alya" obrazına həyat verən Sinem Ünsal hər bölüm üçün 1 milyon Türkiyə lirəsi qonorar alır. Həftəlik yayımlanan ekran işində ay ərzində dörd bölümün nümayiş olunduğu nəzərə alınarsa, aktrisanın aylıq qazancı 4 milyon lirəyə (134 739,43 azn) çatır.
Serialda Cihan Albora rolunu oynayan Ozan Akbabanın isə hər bölümə görə 1,5 milyon lirə aldığı irəli sürülüb. Bu hesabla aktyorun aylıq gəlirinin 6 milyon lirə olduğu bildirilir.
Qeyd edək ki, 1993-cü ildə İzmir şəhərində dünyaya gələn Sinem Ünsalın atası azərbaycanlı, anası isə çərkəzdir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)