Türkiyənin Osmaniye şəhərində güclü yağış zamanı məscidlərdən birini ildırım vurub.
Milli.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Hadisə Bakı vaxtı ilə saat 00:30 radələrində şəhər mərkəzinin Haraz məhəlləsində yerləşən Nur məscidində qeydə alınıb.
İldırım məscidin elektron sisteminə və minarəsinin beton hissəsinə ziyan vurub. Həmçinin yaxınlıqdakı evlərdə bəzi elektrik cihazları sıradan çıxıb.
Güclü səs ətrafda yaşayan sakinlər arasında qısamüddətli təşvişə səbəb olub. Sakinlər əvvəlcə baş verən hadisəni zəlzələ zənn ediblər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)