İtaliyanın "Empoli" klubu heyətinə qeyri-adi üzv əlavə edib.
Milli.Az xəbər verir ki, ikinci divizion təmsilçisi Maui adlı itlə müqavilə imzalayaraq onu komandanın rəsmi maskotu elan edib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Maui bundan sonra müxtəlif tədbirlərdə iştirak edəcək, həm stadionda azarkeşlərin qarşısına çıxacaq, həm də media fəaliyyətlərində yer alacaq.
Qeyd edək ki, "Empoli" hazırda İtaliya çempionatının ikinci divizionunda çətin günlər yaşayır. Komanda 11 turdan sonra topladığı 9 xalla turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb və aşağı liqaya düşmə təhlükəsi ilə üz-üzədir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)