Bakıda 15 yaşlı oğlan bıçaqlandı

19 Noyabr 2026 11:30

Bakıda 15 yaşlı oğlan bıçaqlanıb.

Milli.Az xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Miradil Tahirli kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)