Nəşə beyini necə qurudur?

29 Avqust 2012 19:20
Bu nəticəyə bir müddət ərzində davamlı marixuana çəkən 1000-dən artıq adamın müşahidəsi əsasında gəlinib.
Yeni Zelandiyada keçirilən tədqiqatın nəticələri Proseedings of the National Academy of Sciences dərgisində dərc olunub.

Araşdırmada iştirak edən qrup üzvləri marixuana istifadə etməkdən öncə və daha sonra - 38 yaşınadək müşahidə olunub.
Bu tədqiqatdan hasil olunan nəticəyə görə 18 yaşınadək narkotik maddənin istifadəsi beyni zədələyərək onun bəzi funksiyasına dönməz təsir göstərir.

"20 il ərzində davamlı marixuana istifadəsi nevropsixoloji geriləmə ilə əlaqəlidir".
Tədqiqat aparan qrupun üzvlərindən Kings College Universitetinin prof. Terrie Moffitt problemin qavranılmasında araşdırmanın rolunu qeyd edib.

"Tədqiqat möhtəşəm elmi əhəmiyyətə malikdir. Biz təqribən 1000 iştirakçını müşahidə etmişik. Biz onların zehni qabiliyyətlərini marixunanın istifadəsindən öncə və 25 il keçmiş, bəzi iştirakçıların xroniki istifadəçiyə çevrildikdən sonra yenidən yoxlamışıq".

Terrie Moffittin sözlərinə görə, araşdırma beyinin folmalaşdığı vaxtlar marixuana istifadəsinin "riskli" olduğunu təsdiqləyib.

Yetkin yaşlarda marixuana istifadəsinin zehni funksiyalara elə bir təsir göstərmədiyi hesab olunub.

Milli.Az