“Kurtlar Vadisi”nin məşhur aktrisası illər sonra – Belə dəyişdi (Video)

19 Noyabr 2026 09:55

Türkiyə televiziya tarixinin məşhur layihələrindən olan "Kurtlar Vadisi"ndə Ester Hirç obrazı ilə tanınan aktrisa Sinem Yıldırım uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın Mehmet Günsür və Devrim Özkanın baş rollarda çəkildiyi "Aşk Tesadüfleri Sever" filminin qala gecəsində iştirakı izləyicilərin marağına səbəb olub. Onun illər sonra kameralara tuş gəlməsi serialın pərəstişkarlarına nostalji yaşadıb.

2003-cü ildə ekranlara gələn "Kurtlar Vadisi"nin ilk bölümlərində rol alan Sinem Yıldırım Ester Hirç obrazı ilə tamaşaçıların yaddaşında qalıb. O, daha sonra "Dönme Dolap", "Tatil Aşkları" və "Acı Hayat" layihələrində də rol alıb.

Bir müddət aktyorluqdan uzaqlaşan sənətçi 17 illik fasilədən sonra, 2022-ci ildə "Dedemin Gözyaşları" filmi ilə yenidən ekranlara qayıdıb.

Qeyd edək ki, "Aşk Tesadüfleri Sever" seriyasının yeni filmi noyabrın 20-də tamaşaçıların ixtiyarına veriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)