Beyləqanda VAZ su arxına aşdı: Sürücü öldü, sərnişin yaralandı

19 Noyabr 2026 09:38

Beyləqan rayonunun Bahar qəsəbəsindən keçən avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə noyabrın 17-də saat 16:30 radələrində baş verib.

Belə ki, Arif Aslanov idarə etdiyi "VAZ-2106" markalı avtomobilin idarəetməsini itirib və avtomobil su arxına aşıb. Nəticədə sürücü ölüb, sərnişin, 1967-ci il təvəllüdlü Beyləqan rayon sakini Həbib Kərimov isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)