Səhər acqarına çörəkotu yemək bu problemi aradan qaldırır

19 Noyabr 2026 07:07

Hər evdə tapılan və güclü təsirə malik olan çörəkotu tərkibindəki timokinon, vitaminlər və sağlam yağ turşuları sayəsində immun sistemini gücləndirən təbii vasitədir.

Milli.Az xəbər verir ki, çörəkotunun xəmir xörəkləri üzərində istifadə edilməsinə üstünlük verilsə də, əsl faydası səhərlər açqarına və çeynənərək qəbul edildikdə ortaya çıxır.

Səhər oyanandan dərhal sonra açqarına yeyilən bir çay qaşığı çörəkotu mədə şişkinliyi, həzm zəifliyi və qaz kimi problemləri azaltmağa kömək edir. Mədə divarını qoruyaraq həzm sistemini tənzimləyir.

Acqarına çörəkotu yemək gün ərzindəki ani aclığın və şirniyyat böhranlarının qarşısını alır, maddələr mübadiləsini sürətləndirərək çəki nəzarətinə dəstək olur.

Necə istehlak edilməlidir? Mütəxəssislər çörəkotunun bütöv şəkildə udulmasından əlavə, yaxşıca çeynənərək və ya yüngülcə əzilərək qəbul edilməsini məsləhət görürlər. Sərt xarici qabığın qırılması faydalı yağların bədən tərəfindən daha tez sorulmasını təmin edir. İstəyənlər onu ilıq su ilə, yaxud bir çay qaşığı bal ilə qarışdıraraq yeyə bilərlər.

Kimlər diqqətli olmalıdır? Gündəlik istehlak 1 çay qaşığını keçməməlidir. Hamilələr, əmizdirən analar, xroniki xəstəliyi olanlar və mütəmadi dərman qəbul edənlər bu vərdişə başlamazdan əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)