"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu

18 Noyabr 2026 22:20

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində şübhəli bilinən qadının kimliyi məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bərdə rayonunun Saatlı kəndində baş verib. 1994-cü il təvəllüdlü Fərid Qasımovu avtomobillə vurmaqda şübhəli bilinən şəxs Aynur Həsənovadır.

O, idarə etdiyi "Lexus" markalı avtomobillə piyadanı vuraraq onun ölümünə səbəb olmaqda şübhəli bilinir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)