"Ürəyim istəyəni oxumadım, toylara qaçdım" - Nüşabə Ələsgərli

19 Noyabr 2026 00:31

"Mən sənətə sevərək başlamışdım. Sadəcə olaraq sənətin suyunu sıxdım, maddiyyatını aldım. Mən ürəyim istəyəni oxumadım, toylara qaçdım".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Qonaqcanlı" verilişində deyib. O, toy məclislərinin çoxluğunun yaradıcılığına vaxt ayırmasına mane olduğunu bildirib:

"Toylara qaçdığıma görə maddiyyat dalınca getdim. Yaxşı şeylər oxuya bilmədim. Yaxşı mahnılar oxumaq istəyəndə səsim yerində olmadı. 30 günün, 35 günü məclislərdə olmuşam. Yaxşı mahnılar, ifalar yazdırmaq lazımdır. Məclisdə çox olanda ona vaxt qalmır. Buna görə peşmanam. İstədiyim mahnıları da ürəyim istədiyim kimi oxumadım". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)