Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar da var.
Ölənlər rayonun Kəmərli kənd sakinləri 2018-ci il təvəllüdlü M. Mehtili, 2018-ci il təvəllüdlü G. Dəryahquluyeva və 1989-cu il təvəllüdlü S. Dəryahquluyevadır.
Xəsarət alanların kimlikləri dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)