Fransalı futbolçu Kilian Mbappe Arda Gülerin "Real Madrid"lə müqaviləsini 2032-ci ilədək uzatması ilə bağlı paylaşımına maraqlı reaksiya verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Madrid klubunun hücumçusu türkiyəli komanda yoldaşının paylaşımına belə şərh yazıb: "Təşəkkür edirəm, bu gecə daha rahat yatacağam".
Mbappenin bu sözləri azarkeşlərin diqqətini çəkib.
Mbappedən Arda Gülerə: Təşəkkür edirəm, bu gecə daha rahat yatacağam - Foto
Qeyd edək ki, Arda Güler 2023-cü ilin yayından "Real Madrid"də çıxış edir. 21 yaşlı yarımmüdafiəçi Madrid klubu ilə müqaviləsini 2032-ci ilədək uzadıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)