Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)

18 Noyabr 2026 19:44

Polşa Prezidenti Karol Navrotski ABŞ lideri Donald Trampa üzəri kəhrəba ilə zəngin şəkildə işlənmiş kreslo bağışlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Polşanın TVN24 telekanalı xəbər yayıb.

Bu fərqli hədiyyə Ağ Ev rəhbərinin doğum gününə təsadüf edib. Navrotski öz bəxşişini gizli saxlamağa qərar verib. Belə ki, bu barədə nə Polşanın Xarici İşlər Nazirliyi, nə Vaşinqtondakı səfirlik, nə də geniş ictimaiyyət məlumatlı olub.

Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - Foto

Mətbuat nümayəndələri öyrəniblər ki, Tramp üçün "taxt" kimi də xarakterizə olunan hədiyyə barədə məlumatı hətta Polşa Prezidenti Administrasiyasının nümayəndələri də gizli saxlayıblar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)