Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)

18 Noyabr 2026 17:26

Türkiyənin Adıyaman şəhərində binanın qarşısına asılmış Türkiyə bayrağına salam verən kişini avtomobil vurub.

Milli.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Mahmut Avcı adlı şəxs binanın xaricində asılmış Türkiyə bayrağına salam vermək istəyərkən arxadan gələn avtomobil onu vurub. Sürücünün kimliyi və avtomobilin dövlət nömrə nişanı hələlik müəyyən edilməyib.

Əraziyə gələn tibb işçiləri xəsarət alan kişini xəstəxanaya çatdırıblar. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)