Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

18 Noyabr 2026 16:24

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

Milli.Az xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir. 39 ölkədən 276 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb. 

Səbuhi Əlizadə (+90 kq) 1/8 finalda İşxan Hovsepyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. 3 xəbərdarlıq alan rəqib diskvalifikasiya olunub. 

Əlizadə 1/4 finalda ilk mərhələdən azad olan Kiril Georgiyevlə (Bolqarıstan) qarşılaşacaq. Döyüş noyabrın 20-də olacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)