"Daha 17" serialında Nuray obrazına həyat verən aktrisa Dilara Aksüyek xarici görünüşü ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi özünü gözəl hesab etmədiyini və bu xüsusiyyətinin aktyorluq sektorunda ona müəyyən çətinliklər yaratdığını söyləyib. Aksüyek bildirib ki, sənət mühitində gözəl qadın kimi qəbul edilməməsi bəzən onun üçün maneəyə çevrilib.
Aktrisa burnunun üz cizgilərinə görə kiçik görünməsinin estetik əməliyyat etdirməsi ilə bağlı yanlış fikirlər yaratdığını da qeyd edib. O, burnuna heç bir müdaxilə olunmadığını, hətta botoks proseduruna belə müraciət etmədiyini xüsusi vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)