Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)

18 Noyabr 2026 16:32

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Szinpin ayaqüstü qısa söhbət ediblər.

Milli.Az xəbər verir ki, Çinin Şencen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısında iştirak edəcək liderlərin şərəfinə təntənəli qəbul keçirilib.

Qəbulun əvvəlində Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında qısa söhbət baş tutub. 

Qeyd edək ki, Putin, Si Cinpin və Tramp dünyanı narahat edən münaqişələri nəzərə alaraq geniş məsələləri müzakirə edəcəklər.

Həmin anları təqdim edirik:

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)