Magistral yolda hərəkət edən avtomobilin arxasınca yanacaqdoldurma məntəqələrində istifadə olunan benzin şlanqının sürünüb.
Milli.Az xəbər verir ki, kadrlardan görünür ki, 99VF723 nömrəli avtomobilin sürücüsü şlanqı avtomobilin arxa hissəsindən ayırmadan hərəkətini davam etdirir. Şlanq isə yolun hərəkət hissəsi boyunca sürünür.
Bu cür ehtiyatsızlıq digər sürücülər üçün təhlükə yarada və yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
Hadisənin harada baş verdiyi və sürücünün bu vəziyyətdən necə xəbər tutduğu məlum deyil.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)