Sumqayıtda 20 yaşlı gənc dənizdə batdı (Video)

18 Noyabr 2026 14:06

Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)