ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərinə səfər edib.
Milli.Az xəbər verir ki, o, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısında iştirak edəcək.
Məlumata görə, Donald Tramp hava limanında Çin lideri Si Szinpin tərəfindən qarşılanıb.
Qeyd edək ki, APEC sammiti çərçivəsində ABŞ, Çin və Rusiya liderlərinin tarixdə ilk üçtərəfli görüşü baş tutacaq.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)