Qərbi Kaspi Universiteti iki göstərici üzrə Azərbaycanda birinci oldu - (Foto)

18 Noyabr 2026 13:33

Qərbi Kaspi Universiteti "Bilik mübadiləsi" (Knowledge Exchange) və "Təhsilin təsiri" (Impact of Education) göstəriciləri üzrə Azərbaycan universitetləri arasında 1-ci yeri tutub.

Bu nəticə dünyanın nüfuzlu beynəlxalq reytinq təşkilatlarından biri olan QS (Quacquarelli Symonds) tərəfindən 17 noyabr 2026-cı il tarixində açıqlanan "QS World University Rankings: Sustainability 2027" reytinqində əks olunub.

Reytinqin ümumi nəticələrinə görə, Qərbi Kaspi Universiteti: Azərbaycan üzrə 2-ci, Asiya üzrə 331-ci, Qərbi Asiya üzrə 74-cü, dünya üzrə 950-ci yerdə qərarlaşıb.

QS Sustainability reytinqi dünya ali təhsil müəssisələrinin fəaliyyətini 50-dən çox göstərici əsasında üç əsas istiqamət üzrə qiymətləndirir: ətraf mühitə təsir (Environmental Impact), sosial təsir (Social Impact), idarəetmə (Governance).

Bu nəticələrlə Qərbi Kaspi Universiteti beynəlxalq reytinqdəki mövqeyini daha da möhkəmləndirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)