Ögey qardaşı tərəfindən qətlə yetirilən Gülarənin son paylaşımı - (Foto)

18 Noyabr 2026 13:36

Xəbər verdiyimiz kimi, dünən saat 15:00 radələrində Binəqədi rayonu ərazisində 23 yaşlı qadın qətlə yetirilib.

Milli.Az xəbər verir ki, Bakıda qətlə yetirilən 23 yaşlı Gülarə Mehdiyevanın ölümündən əvvəl etdiyi sosial şəbəkə paylaşımı diqqət çəkib.

Gülarə Mehdiyeva şəxsi "Facebook" hesabında türk dilində yayımlanmış dua ilə bağlı sitatı paylaşıb.

Paylaşımda "Duanın gücünü əsla kiçik görməyin. Dağları yerindən oynadar, qapıları açar və taleyi dəyişdirər" sözləri yer alıb.

Xatırladaq ki, 23 yaşlı Gülarə Mehdiyeva Bakının Binəqədi rayonunda ögey qardaşı tərəfindən qətlə yetirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)