Xalq artisti Könül Xasıyevanın Bakıda yerləşən PUB-lardan birində səhnə alması sosial şəbəkələrdə müzakirə yaradıb.
Milli.Az xəbər verir ki, tanınmış xanəndənin həmin məkanda muğam ifa etməsini əks etdirən görüntülər izləyicilərin diqqətini çəkib. Sənətkarın seçdiyi səhnə və çıxış etdiyi məkan birmənalı qarşılanmayıb, bu barədə müxtəlif fikirlər şərhlərdə bildirilib.
Yayılan kadrlar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)