Ardaya La Liqada heç kim çata bilmir (Foto)

18 Noyabr 2026 13:44

"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler bu mövsüm İspaniya çempionatının ən parlaq oyunçularından biri kimi ön plana çıxıb.

Milli.Az-ın məlumatına görə, Fabrizio Romano məlumat verib.

Gənc yarımmüdafiəçi komandasının uğurlarında mühüm pay sahibi olmaqla yanaşı, fərdi statistikası ilə də seçilir. Belə ki, Arda cari mövsüm La Liqada 42 qol imkanı yaradıb. Bu göstərici üzrə ondan üstün olan başqa futbolçu yoxdur.

Türkiyəli ulduzun meydandakı məhsuldarlığı və oyuna təsiri futbol ictimaiyyətinin diqqətini cəlb edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)