Arda Güler Millətlər Liqasında bu göstəricidə lider oldu (Foto)

18 Noyabr 2026 09:45

Türkiyə millisinin UEFA Millətlər Liqasındakı uğursuz çıxışına baxmayaraq, Arda Güler fərdi performansı ilə diqqət mərkəzində olub.

Milli.Az-ın məlumatına görə, "Real Madrid"in gənc futbolçusu bir sıra statistik göstəricilərdə komandasının ən yaxşıları sırasında yer alıb. O, rəqib meydanında etdiyi ötürmələr, qapıya zərbələr və dəqiq pasların sayına görə fərqlənib.

Türkiyə yığması turnirdə keçirdiyi görüşlərdə qələbə qazana bilməsə də, Arda Güler meydandakı fəallığı və statistik göstəriciləri ilə seçilməyi bacarıb.

Bu barədə İspaniyanın nüfuzlu "Marca" nəşri məlumat yayıb.

Qeyd edək ki, Arda Güler 23 zərbə ilə Türkiyə millisinin bu göstəricidə lideri olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)