Millətlər Liqasında pley-off mərhələsinin iştirakçıları bəlli oldu

18 Noyabr 2026 09:01

UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun növbəti görüşləri keçirilib.

Milli.Az xəbər verir ki, A və B liqalarında baş tutan 8 qarşılaşmadan sonra turnirin pley-off mərhələsində mübarizə aparacaq komandaların adları da dəqiqləşib.

A Liqasının 4-cü qrupunda Danimarka doğma meydanda Norveçə 2:3 hesabı ilə uduzub. Portuqaliya isə səfərdə Uelsi eyni hesabla məğlub edib. Qrupda 15 xalla Portuqaliya birinci yeri tutub. Norveç və Danimarkanın hərəyə 9, Uelsin isə 3 xalı var.

B Liqasının 2-ci qrupunda Ukrayna Gürcüstanı 1:0 hesabı ilə üstələyib. Macarıstan və Şimali İrlandiya arasındakı görüş 1:1 hesabı ilə başa çatıb.

3-cü qrupda İrlandiya Kosovo üzərində 3:0 hesablı qələbə qazanıb. İsrail və Avstriya isə xalları yarı bölüblər - 1:1.

4-cü qrupda Bosniya və Herseqovina Rumıniyanı 2:1 hesabı ilə məğlub edib. Polşa ilə İsveç arasındakı qarşılaşmada isə qalib müəyyənləşməyib - 1:1.

Beləliklə, Millətlər Liqasının pley-off mərhələsində çempionluq uğrunda Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç milliləri mübarizə aparacaqlar.

1/4 final mərhələsinin görüşləri gələn ilin martında keçiriləcək. Rəqiblər noyabrın 20-də təşkil olunacaq püşkatma mərasimində müəyyənləşəcək. Yarımfinal, üçüncü yer uğrunda oyun və final qarşılaşması isə iyun ayında baş tutacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqası 2018/19 mövsümündən keçirilir. Turnirin hazırkı qalibi Portuqaliya millisidir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)