Murat Yıldırım gənc qızı avtobus altında qalmaqdan xilas etdi - (Video)

18 Noyabr 2026 10:30

Türkiyəli aktyor Murat Yıldırımın diqqətli davranışı mümkün faciənin qarşısını alıb.

Milli.Az xəbər verir ki, "Güller ve Günahlar" serialında Serhat obrazına həyat verən sənətçi avtomobildən düşdüyü zaman arxadan hərəkət edən avtobusu görüb. Vəziyyəti dərhal anlayan aktyor yolun qarşısından keçən gənc qızı son anda geri çəkərək onu təhlükədən uzaqlaşdırıb.

Murat Yıldırımın bu çevik reaksiyası sosial şəbəkələrdə maraqla qarşılanıb. Sənətçinin diqqəti sayəsində xoşagəlməz hadisənin baş verməsinin qarşısı alınıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)