"Simpsonlar" cizgi serialının 2023-cü ildə yayımlanan bir epizodunda 6 günlük elektrik kəsintisindən bəhs edilməsi və Liza Simpsonun gündəliyində 17 noyabr tarixinin yer alması sosial mediada qiyamət iddialarını yenidən alovlandırıb. ABŞ-də bu gün planlaşdırılan Fövqəladə Hallar Xəbərdarlıq Sistemi (EAS) testi isə müzakirələri daha da gücləndirib.
Milli.Az xəbər verir ki, 35-ci mövsümün 7-ci epizodunda Springfield qəsəbəsinin 6 gün elektriksiz qalması bəzi sosial media istifadəçiləri tərəfindən qlobal elektrik kəsintisi kimi yozulub.
Ölkədə yayımların qısa müddətə kəsilərək sınaq xarakterli xəbərdarlıq mesajı yayımlanması ilə bağlı planlaşdırılan test bəzi iddiaların yayılmasına səbəb olub.
Həqiqət nədir? Epizod sadəcə qurğu olan bir elektrik kəsintisindən bəhs edir və serialda 2026-cı ildə dünyanın sonunun gələcəyinə dair heç bir proqnoz yoxdur. Fövqəladə hallar testi isə əhalini mümkün fəlakətlərə qarşı məlumatlandırmaq məqsədi daşıyır.
Bu cür iddiaları dəstəkləyən heç bir elmi sübut mövcud deyil.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)