Soyuducuda səhv şəraitdə saxlanılan pendir qısa müddətdə kiflənə bilər. Artıq nəmlik və uyğun olmayan qablaşdırma onun xarab olmasını sürətləndirir. Doğru üsulla həm pendirin dadını qorumaq, həm də israfın qarşısını almaq mümkündür.
Milli.Az pendirin kiflənməsinin qarşısını alan üsulu təqdim edir:
Sərt və yarı sərt pendirlər: Əvvəlcə yağlı kağıza və ya pendir saxlama kağızına bükülməli, ardından qapaqlı saxlama qabına qoyulmalıdır. Bu, qurumasının və səthində artıq nəmlik yığılmasının qarşısını alır.
Ağ pendir: Duzlu suda satılan növlər istehsalçının tövsiyə etdiyi şəraitdə, öz suyunda və qapalı qabda saxlanılmalıdır.
Soyuducu temperaturu: Pendirin uzun müddət qalması üçün soyuducu 4 dərəcə və ya daha aşağı temperaturda saxlanılmalıdır.
Buraxılan səhvlər və bilməli olduğunuz vacib məqamlar:
Pendiri nəm qaba qoymaq, çirkli bıçaqla kəsmək və ya uzun müddət otaq temperaturunda saxlamaq xarab olma riskini artırır (hər istifadədə təmiz bıçaq işlədilməlidir).
Ağ pendir, lor və krem pendir kimi yumşaq pendirlər kifləndikdə yalnız kiflənmiş hissəni kəsmək kifayət deyil, tamamilə atılmalıdır. Sərt pendirlərdə isə pis qoxu və yapışqan səhv varsa, heç cür istehlak edilməməlidir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)