ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər

17 Noyabr 2026 23:03

ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarının həyata keçirilməsi üçün azı 265 milyon dollar vəsait ayrılmasını tövsiyə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Senatının rəsmi saytında dərc olunan 2027-ci maliyyə ili üzrə Dövlət Departamentinin maliyyələşdirilməsinə dair qanun layihəsinin izahat sənədində məlumat verilib.

Sənəddə bildirilir ki, Senatın Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve, eləcə də Sakit okean regionundakı ada dövlətlərində adi silahların məhv edilməsi, minalardan təmizləmə və ərazilərin partlamamış hərbi sursatlardan (PHS) zərərsizləşdirilməsi proqramlarına azı 265 milyon dollar ayrılmasını məqsədəuyğun hesab edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)