Səhər saatlarında baş verən bədbəxt hadisə nəticəsində həyatını itirən Elvin Quliyevin fotosu yayılıb.
Milli.Az oxu.az-a istinadən mərhumun fotosunu təqdim edir:
Bədbəxt hadisə nəticəsində ölən Elvinin fotosu
Qeyd edək ki, hadisənin əvvəlcə Sumqayıt şəhərində baş verdiyi bildirilsə də, sonradan onun Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində qeydə alındığı məlum olub.
İlkin məlumata görə, Sumqayıt şəhərində yaşayan Elvin Quliyev körpünün pilləkənləri ilə hərəkət edərkən yıxılıb. O, baş nahiyəsindən aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)