Rusiyanın Kemerovo vilayətinin Yagunovo kəndində An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, təyyarə hələ havada olarkən alışıb, daha sonra kəskin şəkildə aşağı enərək yerə çırpılıb və partlayıb.
---------
Rusiyanın Kemerovo vilayətində təyyarə qəzası baş verib.
"NGS42.RU" portalının xəbərinə görə, qəza nəticəsində ən azı 3 nəfər ölüb.
Məlumata görə, hadisə noyabrın 17-də Kemerovo vilayətinin Yagunovo kəndi yaxınlığında qeydə alınıb.
Vilayətin qubernatoru İlya Seredyuk hadisəni aviasiya insidenti kimi xarakterizə edib.
"Hadisə yerində operativ xidmətlər işləyir. Regional hakimiyyət tərəfindən zəruri köməklik göstərilir", - qubernator sosial şəbəkə hesabında yazıb.
İlkin məlumatlara görə, qəzaya uğrayan təyyarənin "An-12" olduğu müəyyən edilib. Təyyarə ekipajının həlak olduğu bildirilib. Təyyarədə 13 nəfərin olduğu ehtimal edilir.
Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)