Azərbaycanın U-17 milli komandası Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunda növbəti oyuna çıxıb.
Milli.Az xəbər verir ki, sözügedən komanda Litva ilə qarşılaşıb.
Matç qollu bərabərliklə başa çatıb - 1:1. Azərbaycan millisinin heyətində 65-ci dəqiqədə Rəsul Balakişiyev fərqlənib.
U-17 bundan əvvəl Almaniyaya 0:7, Şimali İrlandiyaya isə 0:4 hesabıyla uduzub.
Azərbaycan yığması hazırda qrupda 1 xalla sonuncudur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)