Türkiyənin tanınmış aktyorları Tuba Büyüküstün və Bülent İnal uzun fasilədən sonra eyni tədbirdə görüntüləniblər.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vaxtilə həm ekran qarşısında, həm də şəxsi həyatlarında münasibət yaşayan sənətçilərin görüşü sosial şəbəkələrdə maraqla qarşılanıb.
Aktyorlar Antalyada təşkil olunan COP31 tədbirində bir araya gəliblər. "Ihlamurlar Altında" serialında Filiz və Yılmaz obrazlarını canlandıran ikilinin 21 ildən sonra eyni məkanda görünməsi ekran işinin pərəstişkarları üçün nostalji anlara səbəb olub.
Xatırladaq ki, Tuba Büyüküstün və Bülent İnal serialın çəkilişləri zamanı real həyatda da sevgili olublar. Təxminən iki il davam edən münasibətləri 2007-ci ildə başa çatıb. Maraqlı məqam budur ki, həmin il aktyorların baş rollarda çəkildiyi "Ihlamurlar Altında" serialı da 80-ci bölümü ilə ekranlara vida edib. 2005-ci ildə yayımlanmağa başlayan layihə iki mövsüm davam edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)