Serbiyada MiQ-29 qırıcısı qəzaya uğradı - Pilot öldü

17 Noyabr 2026 15:00

Serbiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi ölkənin şimal-qərbində qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, bu barədə "RTS" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində pilot həyatını itirib. Qırıcı təyyarə Batajnitsa aerodromunda yerləşən 204-cü Aviasiya Briqadasına məxsus olub.

Təyyarə Nova-Pazova və Stara-Pazova yaşayış məntəqələri arasındakı ərazidə, çöllük sahəyə düşüb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)