"Mançester Siti" yay transfer pəncərəsində Erlinq Holandla yollarını ayırmağı və onun yerinə yeni hücumçu transfer etməyi nəzərdən keçirir.
Milli.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Məlumata görə, İngiltərə klubu norveçli futbolçunun mümkün gedişini nəzərə alaraq artıq üç namizəd müəyyənləşdirib.
Bunlar "Qalatasaray"ın hücumçusu Viktor Osimhen, "Bornmut"un futbolçusu Evanilson və "Brentford"un forvardı İqor Tiaqodur.
Bildirilir ki, "Mançester Siti" Holandın satışından təxminən 175 milyon avro gəlir əldə etməyi planlaşdırır. Klubun xüsusilə Viktor Osimhenin transferində maraqlı olduğu vurğulanır. Nigeriyalı hücumçunun keçidi üçün "Qalatasaray"a 75 milyon avro ödənilməli olduğu iddia edilir.
Qeyd olunur ki, Holandla PSJ, "Real Madrid", "Barselona" və "Liverpul" da maraqlanır.
Bundan başqa, "Mançester Siti"nin İngiltərədə üzləşə biləcəyi mümkün ağır sanksiyaların klubun transfer strategiyasına təsir göstərə biləcəyi bildirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)