Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs edildi

17 Noyabr 2026 12:39

Qəbələ rayonunda polis əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən "Chevrolet" markalı nəqliyyat vasitəsinin sürücüsü Ərəstun Osmanlı saxlanılıb.

Milli.Az xəbər verir ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ə.Osmanlının nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)