Azərbaycanda qədim samovarın satış qiyməti diqqət çəkib.
Milli.Az xəbər verir ki, satışa qoyulan 30 litrlik qədim samovar 45 min manat qiymətinə satışa təklif olunur.
Məlumata görə, sözügedən samovarın çox qədim tarixi var. Onun üzərində orijinallığını təsdiqləyən bütün zəruri möhürlərin olduğu bildirilir.
Samovarın Azərbaycanda bənzərinin olmadığı iddia edilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)