“Bavariya”da ciddi itki

17 Noyabr 2026 14:13

"Bavariya"nın müdafiəçisi Alfonso Deyvis Kanada millisinin düşərgəsində zədə alıb.

Milli.Az xəbər verir ki, Münhen klubunun yaydığı məlumata görə, futbolçunun sol budunun arxa əzələsində yüngül yırtıq müəyyən edilib. 26 yaşlı oyunçu zədəsini şənbə günü Qvatemala ilə keçirilən qarşılaşmada alıb. Kanada millisi həmin görüşdə rəqibini 3:2 hesabı ilə məğlub edib.

Klub həkimlərinin müayinəsindən sonra zədənin xarakteri dəqiqləşib. Deyvisin bərpa müddəti ilə əlaqədar bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)