Bakıda səkkiz aylıq hamilə qadın öldü

17 Noyabr 2026 10:17

Bakının Qaradağ rayonunda hamilə qadın ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 17-də saat 06 radələrində Şonqar qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü N.Xəlilova hamiləliyinin səkkizinci ayında vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)