Gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində - "Neftçilər" metro stansiyası yaxınlığında insident baş verib.
Milli.Az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, gənc oğlan sərxoş halda gecə klubundan çıxaraq 10 DK 111 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobili yaxınlıqdakı mağazaya çırpıb. Bu zaman onunla birgə olan qadın yola çıxaraq dava-dalaş salıb. Əlbəyaxa dava və təhqiramiz ifadələrlə müşayiət edilən hadisə ətrafdakıların diqqətini çəkib və narahatlığa səbəb olub.
Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)