Xalq artisti Brilliant Dadaşovanın arxiv görüntüləri sosial şəbəkələrdə maraq doğurub.
Milli.Az xəbər verir ki, kadrlar sənətçinin illər əvvəl AzTV-nin proqramlarından birində mahnı ifa etdiyi anları əks etdirir. Görüntülərdə Brilliant Dadaşova ilə yanaşı, Azərbaycanın bir sıra tanınmış sənət nümayəndələri də yer alıb.
Keçmiş illərə aid videonun yenidən paylaşılması izləyicilərin diqqətini çəkib. İstifadəçilər həm sənətçinin gənclik illərinə, həm də kadrlarda görünən məşhur simalara maraq göstəriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)