Toy mərasimlərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, gəlinin seçdiyi libas mərasim iştirakçılarının diqqətini çəkib. Dərin sinə dekoltesi olan gəlinliklə məclisə daxil olan gəlinin görünüşü bəy üçün də gözlənilməz olub. Onun gəlinliyə verdiyi reaksiya kameralara düşüb. Bəy həyatının şokunu yaşayıb.
Bəyin təəccübünü gizlədə bilmədiyi anlar sosial şəbəkələrdə yayılaraq maraq doğurub. İzləyicilər gəlinin toy geyimi ilə bağlı müxtəlif fikirlər bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)