Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur

16 Noyabr 2026 23:09

Bakıxanov qəsəbəsində yerləşən Gülüstan parkında yüzlərlə ağac quruyub, ərazi isə zibilliyə çevrilib.

Milli.Az xəbər verir ki, ağacların qurumasının yanğın, qəsdən yandırılma, yoxsa başqa səbəblərlə bağlı olduğu hələlik məlum deyil.

İddialara görə, son vaxtlar ətrafdakı fərdi yaşayış evlərinin, çoxmənzilli binaların və restoranların kanalizasiya suları parkın ərazisinə axıdılır. Nəticədə burada dözülməz vəziyyət yaranıb.

Bildirilir ki, təxminən 50-60 yaşı olan parkda bu problem son aylarda müşahidə olunmağa başlayıb.

Ərazidə müxtəlif növ ağaclar quruyaraq məhv olur. Bəzi ağacların isə yanğın nəticəsində zədələndiyi və ya qəsdən yandırıldığı ehtimal edilir. (baku.tv)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)