İran ordusunun hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus MQ-1 tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirib.
Milli.Az-ın agentliyinin məlumatına görə, Amerika pilotsuz uçuş aparatı İranın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Hadisənin dəqiq nə vaxt və harada baş verdiyi barədə məlumat verilməyib.
ABŞ tərəfi İranın iddiasına hələlik münasibət bildirməyib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)