Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16 Noyabr 2026 23:30

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər.

Milli.Az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.

O, qeyd edib ki, görüşdə, həmçinin Azərbaycan-Aİ əməkdaşlığının inkişaf edən gündəliyi, eləcə də əsas regional və beynəlxalq hadisələr müzakirə olunub.

Tərəflər enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)