“Röya telefonu üzümə bağladı” - Samir Bağırov

16 Noyabr 2026 23:46

Müğənni Samir Bağırov Xalq artisti Röya Ayxanın ondan küsdüyünü açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "MTV maqazin"ə açıqlamasında deyib. O, bildirib ki, həmkarına telefonla zəng vurub və aralarında anlaşılmazlıq yaşanıb:

"Zəng etdim, telefonla danışmaq istədim, danışdığım yerdə telefonu qulağıma bağladı. Məni düzgün başa düşmədi. Röya küsüb, amma təəssüf. Ətrafımdakılar bilir ki, Röyanın sənətini sevirəm. Rastlaşarıq, danışarıq. Bilirəm, onun ürəyi yumşaqdır. Röya, səni sevirəm, məni düzgün başa düşmədin". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)