Gələcəyə Qayıdış - Tofiq Cabbarov Azərbaycan cazının ulduzlarını eyni səhnədə bir araya gətirəcək

16 Noyabr 2026 17:36

Noyabrın 23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında tanınmış musiqiçi TofiqCabbarovun "Gələcəyə Qayıdış" adlı xüsusi musiqi layihəsi təqdim olunacaq. Bu barədə RJAZZ məlumat yayıb.

 

Layihə Azərbaycan caz səhnəsinin tanınmış nümayəndələrini biraraya gətirəcək. Onların bir çoxu təxminən 20 il əvvəl birgə musiqifəaliyyətinə başlayıb. Ötən illər ərzində qrup üzvləri tanınmışpeşəkar musiqiçilərə çevrilərək ölkəmizin caz sənətinin inkişafınaöz töhfələrini veriblər.

Layihənin təşəbbüskarı və müəllifi Əməkdar artist, zərb alətləriifaçısı Tofiq Cabbarovdur. O, cazın qızıl dövrünə həsr olunmuşxüsusi proqram hazırlamaq üçün musiqiçiləri yenidən bir arayagətirib.

Konsertdə Əməkdar artistlər Ruslan Hüseynov və İsfar Sarabski, eləcə də Elvin Bəşirov, Aydın Zeynullayev və Əli İbrahimzadəiştirak edəcəklər.

Tamaşaçıları canlı caz ifası, peşəkar musiqiçilərin virtuoz çıxışı, özünəməxsus repertuar və unudulmaz musiqi atmosferi gözləyir.

Konsert saat 19:30-da başlayacaq.

Biletləri əldə etmək üçün: https://iticket.az/events/concerts/back-to-the-future-2026

 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az.