Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşdü

16 Noyabr 2026 17:17

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan yunanıstanlı həmkarı Giorgos Gerapetritis ilə görüşüb.

Milli.Az xəbər verir ki,məlumatı Yunanıstanın Xarici İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, görüş Avropa Birliyinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)