Bələdiyyə torpaqları satışa çıxarılır - Siyahı

16 Noyabr 2026 16:59

Azərbaycanda dekabrın 16-da müxtəlif rayon və şəhərlərdə yerləşən torpaq sahələrinin satışı və icarəyə verilməsi üzrə hərraclar keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə torpaq müsabiqə və hərraclarının keçirilməsi ilə bağlı açıqlanan elanda bildirilib.

Hərraclar 2026-cı il dekabrın 16-da saat 15:00-da baş tutacaq. İştirak üçün ərizələr noyabrın 16-dan dekabrın 14-dək qəbul edilir. Torpaq sahələri Xızı, Siyəzən, Sabirabad, Mingəçevir, Astara, Kürdəmir, Qazax, Qusar, Şabran və Xaçmaz ərazilərində yerləşir.

Hərraca çıxarılan torpaqların bir hissəsi satış, digər hissəsi isə 15 il müddətinə icarə məqsədi daşıyır. Sahələr fərdi yaşayış evlərinin və sahibkarlıq obyektlərinin tikintisi, kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq, eləcə də futbol meydançasının inşası üçün nəzərdə tutulub.

Satışa çıxarılan torpaq sahələri arasında Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən 875 kvadratmetrlik sahə var. Nasosxana binasının tikintisi üçün nəzərdə tutulan bu torpağın ilkin qiyməti 14 280 manat, hərrac addımı isə 714 manat müəyyən edilib.

Siyəzən rayonunun Orta Calğan kəndində fərdi yaşayış evinin tikintisi üçün 1 200 kvadratmetr torpaq sahəsi satışa çıxarılıb. Sahənin ilkin qiyməti 8 724 manat, hərrac addımı 436 manatdır.

Sabirabad rayonunun Həşimxanlı kəndində sahibkarlıq məqsədilə 200 kvadratmetr torpaq sahəsi də satılacaq. Onun ilkin qiyməti 10 000 manat, hərrac addımı isə 1 000 manat təşkil edir. Qazax rayonunun Daş Salahlı kəndində sahibkarlıq məqsədilə ayrılmış 460 kvadratmetrlik sahənin ilkin qiyməti 13 500 manat, hərrac addımı 300 manatdır.

Xaçmaz rayonunun Əzizli kəndində fərdi yaşayış evi tikintisi üçün hər birinin sahəsi 1 200 kvadratmetr olan iki torpaq sahəsi satışa çıxarılıb. Hər iki sahənin ilkin qiyməti 8 160 manat, hərrac addımı 408 manat müəyyən edilib. İstisu qəsəbəsində isə fərdi yaşayış evi tikintisi üçün 93 kvadratmetr torpaq sahəsinin ilkin qiyməti 2 790 manat, hərrac addımı 140 manatdır.

İcarəyə veriləcək torpaqların qiymətləri illik əsasda müəyyənləşdirilib. Belə ki, Qusar şəhərində futbol meydançasının tikintisi üçün 1 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə təklif olunur. Sahənin bir illik ilkin icarə haqqı 1 500 manat, hərrac addımı 150 manatdır.

 

Ən böyük torpaq sahəsi Qusar rayonunun Yuxarı Tahircal kəndində yerləşir. Heyvandarlıq məqsədilə 15 il müddətinə icarəyə veriləcək 30 hektar örüş sahəsinin bir illik ilkin icarə haqqı 1 650 manat, hərrac addımı 165 manatdır.

Sabirabad rayonunun Qaraqaşlı kəndində heyvandarlıq üçün 11,81 hektar, 13,24 hektar və 23,9 hektar olmaqla üç torpaq sahəsi icarəyə çıxarılıb. Onların illik ilkin icarə haqları müvafiq olaraq 1 441 manat, 1 615 manat və 2 915 manatdır. Hərrac addımları isə 144, 161 və 292 manat təşkil edir.

Həmin rayonun Kovlar kəndində 15,2 hektar örüş sahəsinin illik ilkin icarə haqqı 1 854 manat, hərrac addımı 185 manatdır. Axısxa kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 hektar torpaq sahəsi illik 400 manata, heyvandarlıq üçün 3,43 hektar sahə isə illik 418 manata icarəyə təklif olunur.

Digər ərazilərdə də kənd təsərrüfatı təyinatlı torpaqlar hərraca çıxarılıb. Mingəçevir şəhərində 3,4 hektar sahənin illik ilkin icarə haqqı 520 manat, Astara rayonunun Ərçivan qəsəbəsində 5 100 kvadratmetr sahənin illik icarə haqqı 102 manat müəyyən edilib. Kürdəmir rayonunun Qarasaqqal kəndində 5,12 hektar torpaq sahəsi üçün illik ilkin icarə haqqı 768 manatdır.

Şabran rayonunda isə Gəndob, Zağlı, Düz Bilici, Pirəbədil və Xəlfələr kəndlərində müxtəlif təyinatlı torpaq sahələri icarəyə veriləcək. Sahələrin ölçüləri 2 hektardan 18,5 hektaradək, illik ilkin icarə haqları isə 202 manatdan 1 905 manatadək dəyişir.

Torpaq sahələrinin ilkin qiymətləri və digər şərtlərlə bağlı ətraflı məlumat almaq, eləcə də torpaq sahələri və müqavilə layihələri ilə tanış olmaq üçün iştirakçılar müvafiq ərazi şöbələrinə müraciət edə bilərlər. Tanışlıq üçün son tarix 15 dekabr 2026-cı ildir.

Hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq regional ərazi şöbələrində keçiriləcək.

Hərraca çıxarılacaq torpaqların siyahısını təqdim edirik:

Sıra № si Torpağı müsabiqə və ya hərraclara çıxaran hüquqi şəxs (bələdiyyə) Müsabiqə və ya hərrac Müsabiqə və ya hərracın keçirildiyi yer və əlaqə telefonu Müsabiqə və ya hərraca çıxarılan torpaq sahəsi və satıcı ilə bağlanacaq müqavilənin layihəsi ilə tanış olma tarixi, vaxtı və ünvanı Sahəsi (kv.m və ya ha.), satılır və ya icarəyə verilir (icarə ili) Hərracda ilkin qiymət, hərrac addımı və ya müsabiqədə qiymət, icarədə bir illik icarə haqqı (manatla) Hansı məqsəd üçün satılır və ya icarəyə verilir Kateqoriya, uqodiya (təsərrüfat yeri) növü, keyfiyyət qrupu, şəhərlərdə və rayon mərkəzlərində zona Torpaq üzərində hüququ təsdiq edən sənədin nömrəsi, çıxarışın nömrəsi və tarixi
1 Xızı rayonu Giləzi Bələdiyyəsi (Giləzi qəsəbəsi) Hərrac ƏMDX-nin Sumqayıt ərazi şöbəsi, Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 Tel: (018) 654 47 97 15 dekabr 2026-cı il tarixinədək Sumqayıt ərazi şöbəsi 875 kv.m Satılır 14280.00 714.00 Nasosxana binasının tikintisi Yaşayış məntəqələrinin torpaqları 306012000836
2 Siyəzən rayonu Yenikənd Bələdiyyəsi (Orta Calğan kəndi) Hərrac ƏMDX-nin Sumqayıt ərazi şöbəsi, Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 Tel: (018) 654 47 97 15 dekabr 2026-cı il tarixinədək Sumqayıt ərazi şöbəsi 1200 kv.m Satılır 8724.00 436.00 Fərdi yaşayış evi Yaşayış məntəqələrinin torpaqları 305012001777
3 Siyəzən rayonu Yenikənd Bələdiyyəsi (Kolanı kəndi) Hərrac ƏMDX-nin Sumqayıt ərazi şöbəsi, Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 Tel: (018) 654 47 97 15 dekabr 2026-cı il tarixinədək Sumqayıt ərazi şöbəsi 5.4 ha İcarə (15 il) 594.00 28.00 Kənd təsərrüfatı məhsullarının istehsalı Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 60 Əkin 305012001779
4 Sabirabad rayonu Güdəcühür Bələdiyyəsi (Həşimxanlı kəndi) Hərrac ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi 200 kv.m Satılır 10000.00 1000.00 Sahibkarlıq Yaşayış məntəqələrinin torpaqları 909012002141
5 Sabirabad rayonu Güdəcühür Bələdiyyəsi (Həşimxanlı kəndi) Hərrac ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi 2 ha İcarə (15 il) 590.00 59.00 Kənd təsərrüfatı məhsullarının istehsalı Ehtiyat fondu torpaqları III qrup Bonitet balı 59 Əkin 909012002170
6 Sabirabad rayonu Quruzma Bələdiyyəsi (Qaraqaşlı kəndi) Hərrac ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi 11.81 ha İcarə (15 il) 1441.00 144.00 Kənd təsərrüfatı (Heyvandarlıq) Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 49 Örüş 909012002194
7 Sabirabad rayonu Quruzma Bələdiyyəsi (Qaraqaşlı kəndi) Hərrac ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi 13.24 ha İcarə (15 il) 1615.00 161.00 Kənd təsərrüfatı (Heyvandarlıq) Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 49 Örüş 909012002134
8 Sabirabad rayonu Quruzma Bələdiyyəsi (Qaraqaşlı kəndi) Hərrac ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi 23.90 ha İcarə (15 il) 2915.00 292.00 Kənd təsərrüfatı (Heyvandarlıq) Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 49 Örüş 909012002195
9 Sabirabad rayonu Quruzma Bələdiyyəsi (Kovlar kəndi) Hərrac ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi 15.20 ha İcarə (15 il) 1854.00 185.00 Kənd təsərrüfatı (Heyvandarlıq) Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 51 Örüş 909012002178
10 Sabirabad rayonu Surra Bələdiyyəsi (Axısxa kəndi) Hərrac ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi 2 ha İcarə (15 il) 400.00 40.00 Kənd təsərrüfatı məhsullarının istehsalı Kənd təsərrüfatı təyinatlı torpaqlar IV qrup Bonitet balı 33 Əkin 909012002181
11 Sabirabad rayonu Surra Bələdiyyəsi (Axısxa kəndi) Hərrac ƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 96 15 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi 3.43 ha İcarə (15 il) 418.00 42.00 Kənd təsərrüfatı (Heyvandarlıq) Kənd təsərrüfatı təyinatlı torpaqlar IV qrup Bonitet balı 36 Örüş 909012002180
12 Mingəçevir şəhəri Mingəçevir Bələdiyyəsi Hərrac ƏMDX-nin Mingəçevir ərazi şöbəsi, Mingəçevir şəhəri, H.Əliyev pros. 26/11 Tel:(024) 274 45 00 15 dekabr 2026-cı il tarixinədək Mingəçevir ərazi şöbəsi 3.4 ha İcarə (15 il) 520.00 52.00 Kənd təsərrüfatı məhsullarının istehsalı Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 44 Əkin 902012001090
13 Astara rayonu Ərçivan Bələdiyyəsi (Ərçivan qəsəbəsi) Hərrac ƏMDX-nin Lənkəran ərazi şöbəsi, Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 34 Tel: (025) 255 15 13 15 dekabr 2026-cı il tarixinədək Lənkəran ərazi şöbəsi 5100 kv.m İcarə (15 il) 102.00 10.00 Kənd təsərrüfatı məhsullarının istehsalı Ehtiyat fondu torpaqları II qrup Bonitet balı 84 Əkin 801012001322
14 Kürdəmir rayonu Cəyli Bələdiyyəsi (Qarasaqqal kəndi) Hərrac ƏMDX-nin Ucar ərazi şöbəsi, Ucar şəhəri,
H.Əliyev pr.28
Tel:(020) 2130113
15 dekabr 2026-cı il tarixinədək Ucar ərazi şöbəsi 5.12 ha İcarə (15 il) 768.00 39.00 Kənd təsərrüfatı məhsullarının istehsalı Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 48 Əkin 906012001186
15 Qazax rayonu Daş Salahlı Bələdiyyəsi (Daş Salahlı kəndi) Hərrac ƏMDX-nin Qazax ərazi şöbəsi, Tovuz şəhəri, Şəhriyar küçəsi 3, Tel:(022) 315 43 19 15 dekabr 2026-cı il tarixinədək Qazax ərazi şöbəsi 460 kv.m Satılır 13500.00 300.00 Sahibkarlıq Yaşayış məntəqələrinin torpaqları 501012002279
16 Qusar rayonu Qusar Bələdiyyəsi (Qusar şəhəri) Hərrac ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi 1 ha İcarə (15 il) 1500.00 150.00 Futbol meydançasının tikintisi Yaşayış məntəqələrinin torpaqları 301012079797
17 Qusar rayonu Həzrə Bələdiyyəsi (Yuxarı Tahircal kəndi) Hərrac ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi 30 ha İcarə (15 il) 1650.00 165.00 Kənd təsərrüfatı (Heyvandarlıq) Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 54 Örüş 301012079820
18 Şabran rayonu Gəndov Bələdiyyəsi (Gəndob kəndi) Hərrac ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi 2 ha İcarə (15 il) 360.00 36.00 Kənd təsərrüfatı məhsullarının istehsalı Kənd təsərrüfatı təyinatlı torpaqlar I qrup Bonitet balı 82 Əkin 304012002646
19 Şabran rayonu Gəndov Bələdiyyəsi (Gəndob kəndi) Hərrac ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi 5 ha İcarə (15 il) 850.00 85.00 Kənd təsərrüfatı məhsullarının istehsalı Kənd təsərrüfatı təyinatlı torpaqlar I qrup Bonitet balı 62 Əkin 304012002633
20 Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Zağlı kəndi) Hərrac ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi 2 ha İcarə (15 il) 202.00 20.00 Kənd təsərrüfatı (Heyvandarlıq) Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 60 Örüş 304012002639
21 Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Düz Bilici kəndi) Hərrac ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi 4.1 ha İcarə (15 il) 414.00 41.00 Kənd təsərrüfatı məhsullarının istehsalı Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 60 Əkin 304012002617
22 Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Pirəbədil kəndi) Hərrac ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi 5 ha İcarə (15 il) 505.00 51.00 Kənd təsərrüfatı məhsullarının istehsalı Ehtiyat fondu torpaqları II qrup Bonitet balı 68 Əkin 304012002374
23 Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Xəlfələr kəndi) Hərrac ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi 18.5 ha İcarə (15 il) 1905.00 191.00 Kənd təsərrüfatı məhsullarının istehsalı Ehtiyat fondu torpaqları II qrup Bonitet balı 75 Əkin 304012002620
24 Xaçmaz rayonu Köhnə Xaçmaz Bələdiyyəsi (Əzizli kəndi) Hərrac ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi 1200 kv.m Satılır 8160.00 408.00 Fərdi yaşayış evi Yaşayış məntəqələrinin torpaqları 302012005704
25 Xaçmaz rayonu Köhnə Xaçmaz Bələdiyyəsi (Əzizli kəndi) Hərrac ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi 1200 kv.m Satılır 8160.00 408.00 Fərdi yaşayış evi Yaşayış məntəqələrinin torpaqları 302012005702
26 Xaçmaz rayonu İstisu Bələdiyyəsi (İstisu qəsəbəsii) Hərrac ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 15 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi 93 kv.m Satılır 2790.00 140.00 Fərdi yaşayış evi